AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

7-09-2016, 16:15
426

http://s020.radikal.ru/i704/1609/7d/32e0d3311fed.jpg


Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, daha da təkmilləşdirilən və yeddi fəsil, qırx maddədən ibarət qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, dövlətin vəzifələri, elmin inkişafı üzrə dövlət proqramları, elmi işçilərin vəzifələri, işə qəbulu, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi işçilərin ictimai birlikləri, elmi dərəcələr, adlar, dissertasiya şurası və digər məsələlər əksini tapır. Eyni zamanda, "Elm haqqında" Qanun Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir.

İclasda AMEA-nın magistraturasına 2016/2017-ci tədris ili üçün qəbulun nəticələrindən söz açılıb, bir sıra elmi-təşkilati məsələlərə və kadr məsələlərinə də baxılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: