Son dəqiqə:

Azərbaycan MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Ећurasının iclasında təmsil edilib

7-09-2016, 17:00
258

http://s019.radikal.ru/i625/1609/7c/f4a8348ba060.jpg


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Ећurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 5-7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin avtonəqliyyat vasitələrinin oğurlanmasına, narkotik vasitələrin yeni təhlükəli növlərinin dövriyyəsinə qarşı mübarizə, iştirakçı dövlətlərin ərazisində yaşayan vətəndaşların terrorçu və ekstremist yönümlü təşkilatlara cəlb edilməsinin qarşısının alınması, kütləvi idman tədbirləri zamanı hüquqazidd hərəkətlərin aradan qaldırılması üzrə informasiya mübadiləsinin təkmilləşdirilməsi, habelə MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərə əlavə və dəyişikliklərin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: