"Rio-2016" Yay Paralimpiya Oyunlarının ikinci günündə 5 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq

9-09-2016, 16:00
441

http://s018.radikal.ru/i502/1609/36/6b1b1001a8be.jpg


Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının ikinci günündə - sentyabrın 9-da 5 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq Azərbaycan cüdoçuları tatami üzərinə çıxacaqlar. Millimizin üzvü Rövşən Səfərov (81 kq) belaruslu Aleksandr Kazlov, Səbinə Abdullayeva (57 kq) Yaponiya təmsilçisi Junko Hirose ilə qarşılaşacaq. Bayram Mustafayev (73 kq) isə Gerardo Rodrigez (Kuba) - Rodolfo Ramirez (Argentina) cütünün qalibi ilə üz-üzə gələcək.

Atletika yarışlarında isə Yelena Çebanu çıxış edəcək. Atletimiz 100 metr məsafəyə qaçış yarışlarında yarımfinalda gücünü sınayacaq.

Yelena Taranova isə 10 metr məsafəyə tapançadan atəşaçmada yarışacaq.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: