Lənkəranda Beynəlxalq Sülh Gününə həsr olunmuş konfrans keçirilib

11-09-2016, 03:00
339

http://i066.radikal.ru/1609/a0/23e918466db1.jpg


Lənkəran Mədəniyyət Mərkəzində şəhər icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh- azadlıq, bərabərlik və ədalətdir" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, 1981-ci il noyabrın 30-da BMT-nin qərarı ilə 21 sentyabr "Beynəlxalq Sülh Günü" elan edilib.

Qeyd olunub ki, sülh carçısı olan Azərbaycanda da 21 sentyabr geniş qeyd olunur. "Beynəlxalq Sülh Günü" ilə əlaqədar 21 avqust-21 sentyabr tarixlərində elan olunan "Sülh aylığı" çərçivəsində Lənkəranda da müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlərin keçirilməsində məqsəd Azərbaycanın sülhsevər ölkə olduğunu bir daha diqqətə çatdırmaqla, respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilməsini göstərmək, dövlətimizin humanist mahiyyətini dəyərləndirməkdir.

Q.Məmmədov çıxışında qeyd edib ki, torpaqlarımızın 20 faizinin işğal altında, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan yenə də sülhsevər, tolerant ölkə kimi münaqişənin dinc yolla, sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ölkəmiz dövlətlər, xalqlar arasında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusundadır.

Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə "Sülh və multikulturalizm", Hirkan qəsəbə məscidinin axundu Ayaz Mirzəyev "İslamda sülh və vəhdət", Kənarmeşə kənd məscidinin dini icma sədri və axundu Rafail İbrahimov "İslamda sülhün dəyəri və mahiyyəti" mövzularında çıxış ediblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: