Yazıçı Nodar Dumbadzenin "Kukaraça" povesti işıq üzü görüb

13-09-2016, 02:00
572

http://i056.radikal.ru/1609/36/a5997a3dbfda.jpg


XX əsr Gürcüstan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Nodar Dumbadzenin müəllifi olduğu "Kukaraça" povesti Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Kitab Klubu" Nəşriyyatı tərəfindən 126 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. "Kukaraça" (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan" qəzeti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: