"Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği" layihəsi həyata keçirilir

21-09-2016, 16:45
483

http://s017.radikal.ru/i408/1609/f9/6b80fbaff01d.jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə səkkizinci qrant müsabiqəsinin nəticələrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində "Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği" layihəsi həyata keçirilir.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında böyük şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi irsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, bədii təfəkkürlərinin zənginləşdirilməsidir.

Dahi şairin əsərləri məktəblilərin milli mənəvi ruhda tərbiyəsində, azərbaycançılıq məfkurəsinin təbliğində ədəbi-fəlsəfi mənbə kimi xüsusi aktuallıq daşıyır.

Layihə üzrə böyük ədib Hüseyn Cavidin aforizmlərinin toplanılması, sistemləşdirilməsi, ingilis dilinə tərcüməsi, çap etdirilməsi, məktəblərdə kitabın təqdimatının təşkili və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: