Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi müzakirə olunub

22-09-2016, 13:00
460

http://s017.radikal.ru/i416/1609/d1/7814e81eaa19.jpg


Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin müzakirəsinə həsr olunan iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə iqtisadi islahatların yol xəritəsində ayrı-ayrılıqda araşdırılan sektorların hər birinin qabaqcıl elmi nailiyyətlərdən faydalanaraq inkişaf edə biləcəyini söyləyib. Bildirilib ki, həm bu sektorların, həm də yol xəritəsinə daxil edilmiş infrastruktur sahələrin inkişafı elmi nailiyyətlərin sürətlə və səmərəli tədqiqini tələb edir. A.Əlizadə qeyd edib ki, strateji yol xəritəsi 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategıyası və tədbirlər planı ilə yanaşı, 2015-ci ildə və ondan sonrakı dövr üçün ümumi hədəfləri müəyyənləşdirəcək.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iştirak edirlər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: