Elnarə GÜNƏЕћ."Payız gəldi..."

23-09-2016, 17:15
1 293

http://s018.radikal.ru/i525/1609/69/c0bebe6c052f.jpg


Ruhumuza dinclik, sakitlik, inanılmaz duyğular bəxş edən, çoxlarına nostalji hisslər yaşadan, qızıl payız bu günlərdə yurdumuza qədəm qoydu. Payızda o qədər əsrarəngiz gözəlliklər var ki, insan baxmaqdan doymur. Bütün rəng çalarlarını bu fəsildə görmək olar. Payız əslində duyğuların dilə gəldiyi, ən səmimi hisslərin, sevgilərin etiraf edildiyi fəsildir. Rəssamların hələ çəkmədiyi amma çəkmək arzusunda olduğu bir tablodur. Həzin bir musiqidir. Bəzən payız ayrılıq fəslidir deyə düşünürük. Bu da payızın digər fəsillərə nisbətən daha həzin, sakit, duyğulu və bəzən də insanları tez depressiyaya salan bir fəsli olmasından irəli gəlir. Amma əslində payız insanları daha çox düşündürür. Bu baxımdan da payız sevgi, romantika fəslidir, xoş əhval-ruhiyyədir, bir sözlə hər insanın yaşam tərzinə görə dəyərləndirilir. Yaşadığımız hər bir ana sevgi ilə baxmalıyıq ki, həmin məqamın gözəlliyini dərindən hiss edək. Necə deyərlər: sevgi ilə bax ki, seviləsən
Artıq payızı qarşılayırıq. Avqustun axırlarında ağaclardakı tək-tək yarpaqlar saralmağa başlayır. Tozağacı birinci yarpaq açdığı kimi elə birinci də saralmağa başlayır. Daha iki-üç gündən sonra ağcaqovaq bütünlüklə qıpqırmızı rəngə boyanır. Lakin şiddətli payız küləkləri ağacın bu son bəzəyini də qoparır, qurumuş, yüngül yarpaqları havada hərlədərək yaş torpağın üstünə sərir. Bu təbiət hadisəsini isə böcəklərə hədiyyə hesab etmək olar.
Torpağa düşən ölü yarpaqlarda böcəklərin, göbələklərin və bakteriyaların faydalana biləcəyi qida maddələri var.
Payız fəsli 22 Sentyabrda başlayaraq 21 Dekabra qədər davam edən, Yayla qış arasında bir keçid mövsümüdür. Payız fəsli yay ilə qış mövsümü arasında bir körpü kimidir. Həmçinin də
payız qışın xəbərçisidir. Payız da digər fəsillər kimi həyatımızın bir hissəsidir. Digər fəsillər kimi onun da özünəməxsus xüsusiyyətləri, öz təbii orjinallığı vardır. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq insanları qışa hazır olmağa çağırır. Ağaclar yaşıl libasını soyunur, bitkilər Günəşin rənginə boyanır. Gözəlliyi ilə gözoxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır. Payız dörd fəsil içərisində ən çox bolluğun müşahidə edildiyi fəsildir. Payız fəslinin mistik bir aurası var. İnsan təbiətin bu halını seyr edərkən duyğu selinə qapılır... Dünya ədəbiyyatında elə bir şair tapmaq olmaz ki, onun əsərlərində payız nəfəsi hiss edilməsin. Bütün yaradıcı insanlar təbii ki, hərə öz istiqamətində Payız mənzərəsini öz əsərlərində əks etdirməyə çalışır. Demək olar ki, təbiətin həm poetik, həm tabloda, həm musiqidəki təsvirləri arasında ən gözəli də məhz Payıza həsr olunmuş əsərlərdir. Rəssamların ən şah əsərləri payız təsvirləridir. Ећairlərin ən gözəl duyğuları payız duyğularıdır. Elə bil ki, bəstəkarlar da ən gözəl notları payızda kəşf ediblər. Çünki bu təsvirlər insanı sanki, içində yaşamasına baxmayaraq başqa bir dünyaya aparır. Yaşadığımız dünyanın tam təsvir olunduğu başqa bir aləmə, başqa bir dünyaya... İnsan düşüncələrinin sakitləşdiyi, xəyallarımızın tüğyan etdiyi bu payızda hər birinizə xoş ovqat, gözəl və mənalı günlər, işlərinizdə davamlı uğurlar arzu edirəm.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: