Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

26-09-2016, 11:30
500

http://s02.radikal.ru/i175/1609/7f/2d3519e519e7.jpg


Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Ећurasının (CİSM) himayəsi altında təşkil edilən hərbçilərin güləş üzrə 31-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.
Tədbirdə CİSM-in nümayəndəsi polkovnik Nelson Lopezin çıxışından sonra Makedoniyanın Müdafiə naziri Zoran Jolevski yarışları bağlı elan edib.
35 ölkədən 300-dən çox idmançının iştirak etdiyi hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ümumi hesabda 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Mənbə: http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: