Aşıq Yanvar Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb

27-09-2016, 17:15
258

http://i062.radikal.ru/1609/4c/538b1ec4e473.jpg


Ећirvan aşıq məktəbinin ustad davamçılarından olan Aşıq Yanvar Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Fikrində, düşüncəsində həmişə dövlətimizə, ölkəmizin başçısına minnətdar olan İsmayıllı sakinlərinin hər biri bu təltifi özünə verilən dəyər sayır.
23 sentyabr 2016-cı il tarixdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisi , ictimai fəal əməkdar aşığı təbrikə getmişdi.
Qədim Tircanın yeni həyatını yaşayan Yanvar Bədəlov təbrikə gələn heyəti həyətində qarşılayıb. Ayaqüstü söhbətdə təbrikləri qəbul edən Aşıq Yanvar Bədəlov mədəniyyət, incəsənət sahəsindəki xidmətlərinə fəxri adla böyük qiymət verən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, təqdimata görə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür edib.
Çay süfrəsi arxasında qonaqların hər biri fəxri ad sahibini bir daha təbrik etdi. Aşıq Yanvar, Sahibə Abdullayeva və İsmayıl Abbasov birgə və ayrı-ayrılıqda mahnılar oxudular, ustadnamələr, təcnislər , İsmayıllıya həsr olunmuş şeirlər dedilər.
Aşıq Yanvarın ailəsi qonaqlarla birgə təltifdən və ona görə saysız təbrikdən yaranan xoş bir ovqat yaşadı. İsmayıllıya ismayıllılara arxa duran Prezident İlham Əliyevə minnətdarlıq edilib.

Elnarə GÜNƏЕћ,
Gündəlik Analitik İnformasiya Agentliyinin xüsusi müxbiri,
İsmayıllı rayonu


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: