Rayonlarda oktyabrın 2-dək hava şəraiti qeyri-sabit keçəcək

27-09-2016, 17:45
352

http://i016.radikal.ru/1602/1f/8e012e94c7bf.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentyabrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Rayonlarda sentyabrın 28-dən oktyabrın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: