29 SENTYABR

29-09-2016, 08:00
306

http://s14.radikal.ru/i187/1607/09/8ad5b5a36af4.jpg

1928-ci il. Görkəmli alim, akademik Azad Mirzəcanzadənin doğum günüdür (1928-2006). Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaların müəllifidir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında böyük rol oynayıb.

1829-cu il. Londonun cinayət polisi idarəsi yaradılıb. Sonradan Skotland-Yard adını almış bu idarə hazırda İngiltərədə ən böyük polis idarəsidir. Bu idarədə işləyən 31 min polis zabiti 7,2 milyon əhalisi olan London və onun ətraf bölgələrində 1606 kvadrat kilometrə bərabər əraziyə cavabdehdir.

1902-ci il. Məşhur fransız yazıçısı Emil Zolya vəfat edib (1840-1902). Emil Zolya XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi olub.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: