30 SENTYABR

30-09-2016, 08:00
338

http://s14.radikal.ru/i187/1607/09/8ad5b5a36af4.jpg

2012-ci il. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Mərkəz Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncədə keçirilən xüsusi toplantıda yaradılıb. Mərkəzin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya çatdırılmasıdır.

1920-ci il. Əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərov anadan olub (1920-1963). Azərbaycanın kino tarixində xüsusi rol oynayan, əslən Ећuşadan olan L.Səfərov "Bəxtiyar", "Doğma xalqımıza", "Qızmar günəş altında", "Leyli və Məcnun", "Koroğlu" filmlərinin rejissoru olub. Bu ekran əsərləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən L.Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib.

1882-ci il. ABЕћ-ın Viskontin ştatında dünyada ilk hidroelektrik stansiyası qurulub. Su elektrik stansiyası vasitəsilə suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə olunur.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: