Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyi qeyd olunub

15-11-2016, 12:30
694

http://s19.radikal.ru/i192/1611/49/4816c51be3bd.jpg


Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun yaranma tarixindən, elmi istiqamətlərindən və nailiyyətlərindən söz açıb. Bildirilib ki, institut 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılıb. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunan SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olub.

1965-ci ildə Kimya İnstitutu Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılıb. 2014-cü ilin aprelində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın rəyasət heyətinin müvafiq qərarlarına əsasən institutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılıb.

İnstitutun direktoru, akademik Dilqəm Tağıyev bu elm müəssisəsinin yaranması, inkişaf mərhələləri, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr barədə məruzə ilə çıxış edib.

Tədbirdə kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi-tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə edilib, müvafiq seksiyalar üzrə məruzələr dinlənilib, 185 poster nümayiş olunub.

Mənbə: [url=http://www.azertag.az]http://www.azertag.az[/url


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: