Qışın ilk günü: Yağış, bəzi yerlərdə qar

30-11-2016, 17:30
428

http://i075.radikal.ru/1611/c0/59e24f2341b1.jpg


Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5В° isti, gündüz 8-11В° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 3-8В° şaxta, gündüz 5-10В° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Ећuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4В° isti, gündüz 4-8В° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6В° isti, gündüz 7-12В° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Ећəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ећamaxı, Siyəzən, Ећabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5В° isti, gündüz 6-11В° isti, dağlarda gecə 0-5В° şaxta, gündüz 0-5В° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Ећirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6В° isti, gündüz 8-13В° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Ећimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6В° isti, gündüz 8-12В° isti, dağlarda gecə 0-4В° isti, gündüz 5-8В° isti təşkil edəcək.

Mənbə: [url=http://www.azertag.az]http://www.azertag.az[/url


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: