Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Macarıstana yola düşüblər

30-01-2017, 11:15
1 214

http://s019.radikal.ru/i625/1701/61/0da9d4dd034e.jpg


 http://s014.radikal.ru/i327/1701/51/82e4d0b1f6c9.jpg


http://s018.radikal.ru/i503/1701/b1/19d04f28d760.jpg


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Macarıstanın Dunayvaroş Universiteti ilə bağladığı Erasmus + müqaviləsi çərçivəsində 6 tələbəsi təhsillərini 1 semestrlik Macarıstan Respublikasında davam etdirməyə nail olublar.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, Aqrar iqtsadiyyat fakültəsinin əyani təhsil formasının " İqtisadiyat" ixtisası üzrə ikinci kurs tələbələri Rüfət Ağayev, Elçin Heydərov və qiyabi təhsil formasının " İqtsadiyyat" ixtisası üzrə üçüncü kurs tələbəsi Leyla Aydınova təhsillərini yaz semestrindən başlayacaq və dərslər 2017-ci il fevral ayının 6-dan iyun ayının 30-dək davam edəcək.
Qeyd edək ki, ADAU-da magistraturanın " Siğorta işinin təşkili" ixtisaslaşması üzrə təhsil alan əyani birinci kurs tələbəsi Mehman Kərimov da hazırda təhsilini Dunayvaroş universitetdə uğurla davam edirir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: