Xalq şairi Osman SARIVƏLLİ

8-02-2017, 15:00
656

http://s019.radikal.ru/i635/1702/9a/10c4f71208ba.jpg


Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov;17 dekabr 1905 — 3 iyul 1990) — azərbaycanlı şair, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi (1977).

Həyatı

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Ећıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

Yaradıcılığı

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Kitabları

Dəmir sətirlərim (1934)
Bənövşə (1940)
Ећairin hədiyyəsi (1943)
Gətir, oğlum, gətir (1943)
Gənclik eşqi (1946)
Bahar çiçəkləri (1949)
Yeni dünyanın qapısı (1950)
İqlimdən-iqlimə (1963)
Sabahı yaradanlar (1970)
Seçilmiş əsərləri (üç cilddə) (1971-1975)
Hər kim yüz il yaşamasa (1976)
Mən sabaha gedirəm (1979)
Kür qırağında (1987)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: