Azərbaycan Dövlət Aqrar Universiteti ilə Sloveniyanın Nova Gorica Universiteti arasənda əməkdaşlıq genişlənir

8-02-2017, 16:00
897

http://s019.radikal.ru/i640/1702/8b/b5c89a0d3a42.jpg


ADAU ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri Sloveniyanın Nova Gorica Universitetidir. Avropa İttifaqının ERASMUS+ programı çərçivəsində ADAU-nin bir magistrantı qeyd olunan universitetdə təhsilini başa vurub. Hazırda bir doktorant təhsil alır, yaxın günlərdə daha 3 tələbənin göndərilməsi də nəzərdə tutulub.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, Universitetlərarası əlaqələrin genişləndirilməsi məqsədilə, ERASMUS+layihəsi çərçivəsində təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov hazırda Sloveniyada səfərdədir. Anar Hətəmov səfəri çərçivəsində Nova Gorica Universitetinin rektoru, professor, doktor. Danilo Zavrtanik ilə görüşüb, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun salamlarını çatdırıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib. Müzakirədə univesitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsinin artırılması, birgə və ikili diplomlu təhsil proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri müzakirə olunmuşdur


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: