Xalq şairi Vaqif SƏMƏDOДћLU

13-02-2017, 05:00
659

http://s06.radikal.ru/i179/1702/30/2ea22e3e1c33.jpg


Vaqif Səmədoğlu (azərb. Vəkilov Vaqif Səməd oğlu; d. 5 iyun, 1939, Bakı – ö. 28 yanvar, 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), "Nəsimi" mükafatı laureatı (2014).

Həyatı

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)[4].
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Mükafatları

• Azərbaycan Respublikasının Xalq Ећairi
• "Əməkdar İncəsənət Xadimi"
• "İstiqlal" ordeni
• "Ећərəf" ordeni
• "Humay" mükafatı laureatıdır (1998).
• "Nəsimi" mükafatı (2014)[5].

Ailəsi

• Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
• Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
• Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
• Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
• Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Kitabları

• Yoldan teleqramlar. 1968
• Günü baxtı
• Mən burdayam, ilahi. 1996
• Uzaq, yaşıl ada. 1996

Dram əsərləri

• Bəxt üzüyü
• İntizar
• Uca dağ başında
• Lotereya
• Yayda qartopu oyunu,
• Yaşıl eynəkli adam,
• Generalın son əmri,
• Mamoy kişinin yuxuları


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: