Xalq şairi Süleyman RÜSTƏM

14-02-2017, 15:15
797

http://s016.radikal.ru/i335/1702/0a/dd7e15dbd679.jpg


Süleyman Rüstəm (tam adı: Rüstəmzadə Süleyman Əliabbas oğlu) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950), II dərəcəli Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

Həyatı

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1] kəndində anadan olmuşdur. ADU-nun şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.

Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Qəzəl janrına meyl göstərirdi. Onun yaradıcıllığına çox əsərləri,poemaları və şeirləri aparıcı rol oynayır.

Əsərləri

Süleyman Rüstəm. Seçilmiş əsərləri: I cild – Ећeirləri;

Süleyman Rüstəm. Seçilmiş əsərləri: II cild – Ећeirləri, poemaları, xatirələri;

Süleyman Rüstəm. Seçilmiş əsərləri: III cild – Pyesləri.

Filmoqrafiya

Qanlı zəmi (film, 1985)

İstinadlar

Jump up ↑ http://www.anl.az/el/r/rs_h.pdf

Mənbə

Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: