Təhsil naziri Ankarada Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Ећurasında (YÖK) görüşlər keçirib

23-02-2017, 07:00
456

 http://i056.radikal.ru/1702/3c/5fd9b75c7b81.jpg


Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb.
Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib.
Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Ећurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: