DİM Direktorlar Ећurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

28-02-2017, 14:00
714

http://s009.radikal.ru/i309/1702/b8/460b8bb6f994.jpg


Dövlət İmtahan Mərkəzi Direktorlar Ећurasının sədri Məleykə Abbaszadə fevralın 28-də "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına həsr olunmuş mətbuat konfransı keçirmişdir.

Konfransda kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi iştirak etmişdir.

Qeyd olunmuşdur ki, Sərəncamın əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır.

Məleykə Abbaszadə Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat vermişdir. Sədr bildirib ki, təqribən 70 minə yaxın abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi gözlənilir. Daha sonra M. Abbaszadə ali təhsilin bakalavriat pilləsinə tələbə qəbulunun yeni qaydaları, DİM-in elektron xidmətlərindən istifadə zamanı hər bir imtahan iştirakçısının yaratmalı olduğu "Ећəxsi kabinet", ondan istifadə qaydası, ödəniş üsulları və s. haqqında məlumat vermişdir.

M. Abbaszadə sonda KİV nümayəndələrinin suallarını cavablandırmışdır.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: