Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tРµst imtР°hР°nının nəticələri açıqlandı

16-04-2017, 01:00
346

http://s04.radikal.ru/i177/1702/52/c2ea1384fc8e.png


Dövlət İmtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə 2017-ci il aprelin 15-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.

İmtahan bütün binalarda saat 11:00-da başlanmış və 3 saat ərzində aparılmışdır.

İmtahanın nəticələri elə həmin gün saat 16:30-dan etibarən DİM-in internet saytında elan olunmuşdur.

İmtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 199 namizəd imtahana gəlməmişdir. Üzərində mobil telefon aşkarlandığı üçün 2 nəfər imtahandan xaric edilmişdir. İmtahanda iştirak edən 1123 namizəddən 90 nəfəri müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılmışdır.

Ən yüksək nəticə 91 bal olmuşdur.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: