Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətinin məlumatı

1-05-2017, 07:00
622

http://s018.radikal.ru/i516/1705/e1/1cd0f666be22.jpg


 http://s009.radikal.ru/i307/1705/7d/abd9de2076d3.jpg


 http://i062.radikal.ru/1705/7e/77c8a4030799.jpg


 http://i056.radikal.ru/1705/74/4c2993ff88f1.jpg


http://s011.radikal.ru/i318/1705/b1/5464d5d4fdd7.jpg


http://s014.radikal.ru/i329/1705/ca/7e3cb863c617.jpg


http://s009.radikal.ru/i308/1705/32/b0fea3403036.jpg


Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə, mərkəz tərəfindən Tbilisidə keçirilən, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Sumqayıt Regional Mədəniyyət və Turtizm idarəsinin Aberşon rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi altında 2017-ci ilin 20-27 aprel tarixlərində Gürcüstanda səfərdə olub.
Səfər ərəfəsində məktəb kollektivi "Qardaş məktəblər" layihəsi çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrinin davamı olaraq, Kutaisi və Xaşuri şəhərlərində fəaliyyət göstərən musiqi məktəblərində də konsert proqramı ilə çıxış edib.
Xaşuridə keçirilən tədbirdə iştirak edən şəhər rəhbərliyinin nümayəndələri Vaza Subitidze, Lili Ruxadze, Liona Tatişvili və başqaları Xırdalan şəhər 11 illik musiqi məktəbinə gələcək işlərində uğurlar arzulayaraq, bu əlaqələrin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: