DİM Direktorlar Ећurasının sədri Məleykə Abbaszadə ilə Qətər dövləti Təhsil və Ali Təhsil Nazirliyini təmsil edən nümayəndə heyəti arasında görüş keçirilmişdir

6-05-2017, 10:00
548

http://s018.radikal.ru/i520/1705/46/5197d8fdab01.jpg


4 may 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Ећurasının sədri Məleykə Abbaszadə ilə Qətər dövləti Təhsil və Ali Təhsil Nazirliyini təmsil edən nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Qətərin Təhsil və Ali Təhsil Nazirliyininin Qiymətləndirmə şurasının müdiri Xalid Abdullah Əl-Harqan, Məktəblərin qiymətləndirilməsi idarəsinin rəisi Ömər Əbdüləziz Əl-Nəamə, DİM Direktorlar Ећurasının sədr müavini Namiq Babayev, DİM-in şöbə müdirləri və Təhsil Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

Qonaqları salamlayan M. Abbaszadə Azərbaycanda son illər dövlət idarəçiliyi sahəsində gedən islahatlar və bu islahatların nəticəsi olaraq Dövlət İmtahan Mərkəzinin yaradılması, fəaliyyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Görüş zamanı tərəflər arasında müxtəlif təyinatlı imtahanların keçirilməsi, eləcə də imtahan iştirakçılarının biliyinin qiymətləndirilməsi üsulları haqqında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

M. Abbaszadə qeyd etmişdir ki, DİM ali təhsil müəssisələrinə qəbul imtahanlarının təşkil olunmasında 25 illik təcrübəyə malikdir. Tələbə qəbulu zamanı abituriyentlərin bilikləri milli qiymətləndirmə sistemi vasitəsilə müəyyən olunur. Belə bir sistemin fəaliyyəti həm cəmiyyət, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Ümumi orta təhsil bazasında təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanları haqqında danışan sədr bu imtahanların təşkil olunması, yazı işlərini yoxlayan ekspert bazasının formalaşdırılması, materialların markerlər tərəfindən yoxlanılması, emal olunması və s. işlər barədə nümayəndələrə ətraflı məlumat vermişdir.

Görüş zamanı, həmçinin qonaqlara DİM-in fəaliyyəti, buraxılış imtahanları materiallarının yoxlama prosesi, cavab kartları və vərəqələrinin "scan" olunması və imtahanda istifadə olunan sual kitabçalarının çap prosesinə aid video-çarxlar göstərilmişdir.

Sual kitabçalarının çap edilməsi zamanı tətbiq olunan texnologiya maraqla qarşılandığı üçün imtahan materiallarının çap olunma prosesi qonaqlara əyani olaraq nümayiş etdirilmişdir. Sual kitabçalarının çap olunma prosesi haqqında məlumat verən DİM əməkdaşı qeyd etmişdir ki, kitabçalar tam avtomatlaşdırılmış, çoxfunksiyalı çap sistemi vasitəsilə çap olunur. Hər bir imtahan iştirakçısı üçün fərdiləşdirilmiş şəkildə çap edilmiş kitabçalar zallar üzrə qruplaşdırılıb paketlənir, paketlər binalar üzrə qutulara yığılıb möhürlənir. Bu proseslər insan müdaxiləsi olmadan qapalı rejimdə, müşahidə kameralarının nəzarəti altında həyata keçirilir.

Görüşün sonunda qonaqlar imtahanların keçirilməsi və idarə olunmasında yeni texnologiyaların tətbiqi sahəsi üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmiş və təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlərin təşkil olunması razılaşdırılmışdır.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: