İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

9-10-2017, 01:00
264

http://s016.radikal.ru/i336/1710/57/60c75059d48e.jpg


Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABЕћ-dan olan yeni həmsədri Endrü Ећoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABЕћ-dan olan yeni həmsədri Endrü Ећoferi qəbul edib.

Endrü Ећoferə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ABЕћ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd etdi və dedi ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Ећurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirdi.

ATƏT-in Minsk qrupunun ABЕћ-dan olan həmsədri Endrü Ећofer Amerika Birləşmiş Ећtatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Endrü Ећofer vurğuladı ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ећtatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Amerika Birləşmiş Ећtatlarının Prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş etdi.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: