Gənc yazar Kamran Murquzovun şeiri "Usare" dərgisində çap olunub

11-10-2017, 08:30
572

Gənc yazar Kamran Murquzovun şeiri "Usare" dərgisində çap olunub

[center]Gənc yazar Kamran Murquzovun şeiri "Usare" dərgisində çap olunub


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi-şair Yunus Əmrəyə həsr olunmuş "Azerbaycan toprağına düşüp güzarın, Yunusum!"" adlı şeiri Osmanlıtürkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən "Usare" iki aylık kültür, sanat ve edebiyat dergisinin 14. sayında dərc olunub.
"Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək" layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.
Qeyd edək ki, bundan öncə tərcüməçi-jurnalist Kamran Murquzovun bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dergisinin 44 yeni sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: