Ећəfa EYVAZ."Gözümü yollardan yığışdırmışam"

25-10-2017, 08:30
441

http://s019.radikal.ru/i635/1601/c1/af19df9303e8.jpg


Bütün ağrıları çəkib sinəmə,
Bir ovuc ürəyə sığışdırmışam.
Daha gözlədiyim kimsə qalmayıb,
Gözümü yollardan yığışdırmışam.

Gündüz gözü, gecə könlü yorarmış...
Gecə uzun, ulduzları saymışam.
Bu gecə nə qorxu, nə də dəhşət var,
Hamsını yuxuma qarışdırmışam.

Bəlkə məsləhətdir, alıb aparar,
Duaların ətəyindən tutmuşam.
Ha suvarsan qara daşı göyərmir,
Allah, yer üzündən çox yorulmuşam.

19.10.2017.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: