Kamran MURQUZOV."Azərbaycan dilinin orfoqrafiya lüğəti" haqqında

1-11-2017, 05:00
572

Kamran MURQUZOV."Azərbaycan dilinin orfoqrafiya lüğəti" haqqında


"Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, "Lider" nəşriyyatında 728 səhifə həcmində, 25000 tirajla işıq üzü görüb və ölkə kitabxanalarına hədiyyə edilib. Həmin lüğətdə 80000 sözdən başqa, əvvəlki nəşrlərdə olmayan 18000 söz daxil edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdur.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Ећurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sayca beşinci nəşri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 may 2004-cü il tarixli 71 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuşdur. Sayca beşinci nəşr olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə birgə tərtib olunmuşdur.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin genişləndirilmiş və yenidən işlənmiş 6-cı nəşri 2013-cü ildə "Ећərq-Qərb" Nəşriyyat Evi tərəfindən 840 səhifə həcmində, 25000 tirajla işıq üzü görüb. Ümumiyyətlə, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Ећərq-Qərb" Nəşriyyat Evinin birgə layihəsidir. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdur. Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor İsmayıl Məmmədovdur.
Kitabın ilk səhifəsində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" fikri daxil edilib.
Geniş oxucu auditoriyası, dilçi alimlər, mütəxəssislər, müəllimlər, tələbələr, elmi işçilər üçün nəzərdə tutulan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sayca altıncı və həcminə görə ən böyük nəşri öncə çap olunan lüğətlərdən bir çox spesifik xüsusiyyətlərinə görə köklü surətdə fərqlənir. Əvvəlki nəşrlərdən fərqli olaraq, lüğətə 7 əlavə bölmə daxil edilib:

Əlavə 1. Azərbaycan Respublikasının coğrafi adları;
Əlavə 2. Dünya üzrə bəzi coğrafi adlar;
Əlavə 3. Azərbaycanda işlənən bəzi şəxs adları;
Əlavə 4. Dünyada daha çox işlənən şəxs adları;
Əlavə 5. Azərbaycan Respublikasındakı idarə və təşkilat adları;
Əlavə 6. Beynəlxalq təşkilat adları;
Əlavə 7. Dünya ölkələrinin pul vahidləri.

Bütövlükdə isə, Müasir Azərbaycan ədəbi dilinin zənginləşməsi və inkişafı üçün dəyərli bir töhfə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çağdaş dönəmdə, eyni zamanda, mədəniyyətimizin də inkişafına təkan vermiş olur.

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri.18 sentyabr 2017-ci il.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: