Kamran MURQUZOV."Ећair İbrahim İlyaslının zəngin yaradıcılıq fəaliyyəti və tükənmək bilməyən enerjisi"

5-11-2017, 09:00
466

Kamran MURQUZOV."Ећair İbrahim İlyaslının zəngin yaradıcılıq fəaliyyəti və tükənmək bilməyən enerjisi"


Çağdaş Azərbaycan ədəbiyyatı tarixi ərzində özünəməxsus yer tutan və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəfis tərtibatlı şeir kitablarının müəllifi şair İbrahim İlyaslının zəngin bədii irsinin təbliği və öyrənilməsi istiqamətində gerçəkləşdirilməsi gərəkən bir çox böyük layihələrə ehtiyac var.
Hər şeydən öncə, onu qeyd etmək lazımdır ki, şair İbrahim İlyaslı könül adamıdır. Sözün əsl mənasında bu missiyanı çiyinlərində illərdir ki, daşıyır. Ən əsası isə odur ki, yorulmaq və usanmaq bilmədən bədii yaradıcılıq fəaliyyətini uğurlar davam etdirərək oxucularını çox da intizarda saxlamır
Çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, həm də ədəbiyyatımızda öz dəsti-xətti ilə sayılıb-seçilən, sözün qədrini bilən və son dərəcədə poeziyaya münasibətdə böyük sənətkarlığı önəm verən, yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı və təbliği istiqamətində öz köməyini əsirgəməyən qayğıkeş və qayğıkeşliyi qədər də səmimi və mehriban şairidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktorudur. "Gənclər şəhəri" Sumqayıtda ötən əsrin 80-ci illərindən yaşayır və tükənmək bilməyən enerji ilə daha çox xalq şeiri üslubunda sənət nümunələrini ərsəyə gətirir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən imzalanmış 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layıq görülüb.
İbrahim İlyaslı bədii yaradıcılığa keçən əsərin 80-ci illərində başlayıb. İlk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ nəşriyyatı tərəfindən "Hamı bir körpüdən keçir" adlanır. Kiril əlifbası ilə çap olunub.
İkinci "Mən bir söz bilirəm" adlı şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatı tərəfindən 78 səhifə həcmində, 500 tirajla nəşr olunub. Üçüncü "Yuxuma söykənmiş adam" şeirlər toplusu isə 2011-ci ildə Bakıda "Avrasiya Press" nəşriyyatı tərəfindən 64 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.
Yaradıcılığına diqqət etsək, görərik ki, Anadolu türkcəsində yazılmış yaradıcılıq nümunələri ilə bərabər, həm də Osmanlı türkcəsində qələmə alınmış poeziya örnəklərinə də rast gəlmək olar.
Dünya Gənc Türk Yazar Birliyi tərəfindən yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin əsərlərinin təbliği və öyrənilməsi istiqamətində reallaşdırılan dövlət əhəmiyyətli layihələrdə yaxından iştirak etmişdir. Bu baxımdan, 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən gerçəkləşdirilən "Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüş" layihəsi çərçivəsində nəşrə hazırlanan "Bölgələrdən səslər" kitabının birinci və ikinci hissələrində gənc yazarların əsərlərini ictimaiyyət nümayəndələrinə çatdırmaq üçün Sumqayıt şəhərində anadan olub, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc nəslin nümayəndələrinin poeziya örnəklərini toplayaraq, DGTYB Rəhbərliyinə təqdim etdi. Kitabın ərsəyə gəlməsində öz gücünü və köməyini əsirgəmədi. Sonrakı illərdə də DGTYB tərəfindən gerçəkləşdirilən layihələrdə fəal iştirak edərək, kitablara redaktorluq etməklə, özünün illər uzunu qazandığı təcrübəsini həm poeziya sevərlər, həm də ictimaiyyət nümayəndələri ilə bölüşmüş oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Ећurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "Türk Dünyası gənc yazıçılarının (əsərlərindən ibarət antologiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi" layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "QHT" nəşriyyatı tərəfindən 216 səhifə həcmində, 300 tirajla işıq üzü görən "Ећeir çələngi"nin II hissəsinin məsləhətçilərindən biri oldu.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAДћ" layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "Xan" nəşriyyatı tərəfindən 248 səhifə həcmində, 1260 tirajla işıq üzü görən "Qəlbdəki və Qələmdəki Qarabağ" kitabının redaktorlarından biri olmaqla, böyük məsuliyyət hissi ilə üzərinə düşən vəzifənin öhdəsindən asanlıqla gəlməyi bacardı.
Gənc nəslin əsərlərinin ictimaiyyət nümayəndələrinə çatdırılması və təbliği yönümdə də şair dostumuz İbrahim İlyaslının geniş fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Xüsusilə də gənc yazarlarla görüşlərin təşkil olunması deyilənlərə əyani sübutdur. Bədii yaradıcılığa başladığı ilk günlərdən bu günə qədər "TÜRK DÜNYASINA HİZMET!" devizini özü üçün əsas şüar kimi qəbul edən və bu yolda xidmət göstərən istedadlı yazar dostumuz İbrahim İlyaslının xidmətləri diqqətdən kənarda qalmadı. Belə ki, respublikanın paytaxtı Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində "Mahmud Kaşqari Medalı" laureatlarına ödüllərin təqdimetmə mərasimi keçirildi. Ећair İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "Mahmud Kaşqari Medalı"na layiq görüldü.
2 iyul 2016-cı il tarixində "28 May" mədəniyyət evində İbrahim İlyaslının təşəbbüsü və təşkilatçılığı ilə Gənc yazarlarla görüş keçirildi.
Ümumilikdə, geniş və zəngin yaradıcılıq yolu keçən, tükənmək bilməyən bol enerji ilə yorulmaq bilmədən bədii yaradıcılıq fəaliyyətini çağdaş dönmədə də uğurla davam etdirən könül adamı-şair İbrahim İlyaslının poeziya örnəklərini, yaradıcılıq nümunələrini ayrı-ayrılıqda təhlil etməyə ehtiyac olmadığını nəzərə alaraq, deyə bilərik ki, hansı üslubda və mövzuda yazmasına baxmayaraq, hər bir nümunə, hər bir misra ruhun və canın narahatlığını özündə əks etdirir. Bu mənada, Sizin misralarınız da özünüz qədər səmimi və narahat bir poeziyanınən dəyərli nümunələri sırasındadır.
Sonda səmimi hislər müəllifi, gözəl dostumuz və məsləkdaşımız İbrahim İlyaslının təbirincə desək,
TANRI TÜRKÜ QORUSUN!

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 4 noyabr 2017-ci il.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: