Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi məlum olub

25-01-2018, 21:00
367

https://d.radikal.ru/d40/1801/0d/f028eff842e6.jpg


Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi məlum olub

UEFA Millətlər Liqasının "D" Liqasının üçüncü qrupunda Farer adaları, Malta və Kosovo ilə mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan yığması qrupda ilk oyununu bu il sentyabrın 7-də saat 21:00-da Bakıda Kosovo seçməsinə qarşı keçirəcək.

Baş məşqçi Qurban Qurbanovun yetirmələri sentyabrın 10-da səfərdə Malta, oktyabrın 11-də isə səfərdə Farer Adaları ilə qarşılaşacaqlar. Hər iki görüş saat 23:45-də başlayacaq.

Millimiz oktyabrın 14-də və noyabrın 17-də Bakıda əvvəlcə Maltanı, sonra Farer Adalarını qəbul edəcək. Hər iki görüşə saat 21:00-da start veriləcək. Yığma komandamız qrupda sonuncu matçını noyabrın 20-də saat 23:45-də səfərdə Kosovo komandasına qarşı oynayacaq.

Mənbə: http://www.azertag.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: