Ећair-filosof Əlişad QARAQASIMLI.Ећeirlər

31-01-2018, 08:30
338

Ећair-filosof Əlişad QARAQASIMLI.Ећeirlər


Naməlum rəssamın əsərləri önündə

Sənətkar əlil sənət ucaldıb
Bir müdrik gözüylə baxır sabaha.
Burda əbədiyyət yiyəsiz qalıb,
Ölməzlik ünvanın itirib daha.

Bürüyüb aləmi sənət heyrəti,-
Kətan üzərinə həyat dolubdur.
Yaranan, qazanıb ədəbiyyəti,
Yaradan, bu yerdə unudulubdur.

Ећöhrət də qarşında endi, alçaldı,
Yaman da qarşında karıxır indi.
İmzası əsərlə, həyat ucaldı,
İmzasız məktublar ev yıxır indi.

Ehtiyac üzündən, sənət eşqindən
O, gecə yatmayıb, gündüz yatmayıb.
Baxtınız qızıltək xəclədiyindən,
İmza atmağına vaxtı çatmayıb.

Yuxuda yazdığım şeir

Yuxuda yazdığım şeir incəydi,
Mənim qəlbimcəydi, ürəyimcəydi.
Ulduz şöləsitək qənirsiz idi,
Almışdı qoynuna ilk bahar kimi.
Sözlər kobud idi, yöndəmsiz idi,
Mala çəkilməmiş divarlar kimi.

Təzə qana dolan ürəkdi sözlər,
Dönürdü yaxşıya gözümdə pis də.
O qədər incəydi, kövrəkdi sözlər,
Qartək əriyirdi dilimin üstə.

Kəlmələr yatmırdı dodaqlarıma,
Sinəmin odunda bişmirdi, ALLAH!
Sözlər yonulmamış kərpic kimiydi,
Bir-biri üstünə düşmürdü, ALLAH!

Hərən-pərən idi sözlərin çoxu
Necə köçürürdüm bəs ağ varağa?
Amma ki, kağızda izi yox idi.
Hiss idi, duyğuydu başdan ayağa,
Bircə kəlmə belə sözü yox idi,
O şeir sözsüz də deyildi axı...


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: