Xalq şairi Fikrət QOCA

11-02-2018, 07:00
1 333

https://c.radikal.ru/c23/1802/29/42e04c90c5b2.jpg


Qocayev Fikrət Göyüş oğlu (Fikrət Qoca) — şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq şairi (1998)[3], Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1979), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır[4]

Həyatı

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Ећevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Ећeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Ећöhrət" ordeni ilə təltif olunmuşdur (1995).

Mükafatları

Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi — 30.07.1979[5]
"Ећöhrət" ordeni- 26 iyun 1995-ci il [6]
"Ећərəf" ordeni - 2 sentyabr 2015-ci il[7]
Azərbaycan Respublikasının Dövlət mükafatı - 2016
Kitabları[redaktə | əsas redaktə]
Qağayı (1963)
Hamıya borcluyam (1965)
Yatmadiğım gecələrdə (1970)
Günlərin bir günü (1972)
Gül ömrü (1975)
İnsan xasiyyəti (1980)
Ömürdən səhifələr (1984)
Mavi dünyanın adamları (1988)
Taleyin ağır taleyi (1990)
Seçilmiş əsərləri
Dənizdə ay çiməndə (1967)
Od gəlini (1969) rləri (1988)
Eldən elə – dildən dilə (1988)
Sükutun səsi (1991)
Flora Kərimova - Bir xumar baxışla - musiqi: Ramiz Mirişli
Ећövkət Ələkbərova - Arazım - musiqi: Ramiz Mirişli
Elmira Rəhimli və Yaşar Səfərov - Günəşi gözləyirik - musiqi: Ramiz Mirişli
Elmira Rəhimli -İncitmə məni - musiqi: Adil Bəbirov
Elmira Rəhimli - Mən anayam - musiqi: Adil Bəbirov
Yaşar Səfərov - Yollar - musiqi: Adil Bəbirov
İslam Rzayev - Bilirsən özün - musiqi: Adil Bəbirov
Hüseyn Bakılı - Payız gəldi - musiqi: Emin Sabitoğlu
Oqtay Ağayev - Qaytar eşqimi - musiqi: Oqtay Kazımi
Rəşid Behbudov - Ey xəyal - musiqi: Oqtay Kazımi
Ећövkət Ələkbərova - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
Məmmədbağır Bağırzadə - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
Flora Kərimova və Cavan Zeynallı - Qorxuram - musiqi: Ruhəngiz Qasımova
Mirzə Babayev - Mübarək deyin - Telman Hacıyev
Brilliant Dadaşova - Bahar nəfəsli - musiqi: Aqşin Əlizadə
Yusif Savalan - Gözlə - musiqi: Polad Bülbüloğlu

Filmoqrafiya

Uşaqlığın son gecəsi (film, 1968)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: