В«Agro DairyВ» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində olub

14-02-2018, 01:30
1 425

https://d.radikal.ru/d35/1802/e5/77b5bbb000ba.jpg


https://c.radikal.ru/c21/1802/7a/ae42213f7007.jpg


https://b.radikal.ru/b25/1802/00/a8d878c80d5f.jpg


https://d.radikal.ru/d39/1802/5d/6928a84652cf.jpg


  https://b.radikal.ru/b34/1802/60/cfd9507433ba.jpg


https://a.radikal.ru/a18/1802/f0/263cae60e24e.jpg


Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan В«Agro DairyВ» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) işgüzar səfər ediblər. Səfərin məqsədi müəssisə ilə universitet arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, qonaqları qəbul edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, mövcud vəziyyəti, aqrar təhsilə dövlət dəstəyi, maddi-texniki baza, aparıcı şirkətlərlə əməkdaşlıq əlaqələrinin zəruriliyi və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Ећirkətin sahə üzrə meneceri, doktor Aleksander zu Dreele səmimi qəbula görə rektora dərin təşəkkürünü bildirərək, son illərdə universitetin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlı olduğunu qeyd etmiş, həmçinin, son illərdə şirkətdə çalışan ADAU məzunlarının sayının artması da bildirmişdir.
Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin, praktiki dərslərin müəssisədə təşkili, mütəxəssislərin mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, tədris prosesinin birgə təşkili və monitorinqi, maddi-texniki bazadan istifadə məsələləri müzakirə olunub.
Qeyd edək ki, В«Agro DairyВ» MMC və ADAU arasında əməkdaşlığın əsası 2017-ci ildə qoyulmuşdur. İlkin mərhələdə, ADAU-da təşkil olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu şirkətdə taxıl biçini prosesində yaxından iştirak edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: