11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərin nəzərinə!

17-02-2018, 09:00
275

http://s04.radikal.ru/i177/1702/52/c2ea1384fc8e.png


Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki* müəyyən edilmişdir.

Namizədlərin iddia etdikləri vəzifələrin yerləşdiyi ünvana uyğun olaraq müsahibələrin Bakı şəhərində və regionlarda (Gəncə, Mingəçevir, Bərdə, Ећirvan, Lənkəran, Göyçay, Quba və Ећəki şəhərlərində) keçirilməsi nəzərdə tutulur.

Müsahibələr Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tarif Ећurasının Katibliyi, Maliyyə Nazirliyi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 21 fevral 2018-ci il tarixində başlanılacaq və 16 mart 2018-ci il tarixinədək davam edəcəkdir.

11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

*Dövlət İmtahan Mərkəzinin saytında fevralın 23-ə qədər olan müsahibələrin qrafiki verilmişdir. Digər namizədlərlə müsahibələrin keçirilmə qrafiki də yaxın günlərdə elan olunacaqdır.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: