Orfoqrafiya Komissiyası təkliflərlə bağlı işçi qrup yaradıb

20-02-2018, 06:00
810

https://c.radikal.ru/c28/1801/7c/9700942aa537.jpg


В«Azərbaycan dilinin Orfoqrafiya QaydalarıВ» layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün Nəsimi adına Dilçilik İnstitutunda ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.

Akademik M.Nağısoylunun rəhbərlik edəcəyi işçi qrupunun tərkibinə professorlar İ.Məmmədli, Q.Kazımov, S.Sadıqova, M.Əsgərov, dosentlər B.Məhərrəmli, Ећ.Məmmədli, T.Ећükürlü, R.Heydərov və fil.ü.f.d. X.Heydərova daxil edilib. İşçi qrupunun rəhbəri yeni orfoqrafiya qaydaları ilə bağlı təkliflərin toplanıb sistemləşdirilməsinin qarşıya məqsəd kimi qoyulmasını söyləyib.

İşçi qrupu В«Azərbaycan dilinin Orfoqrafiya QaydalarıВ»na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Mənbə: http://www.dilcilik.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: