Gənc xanım yazar Ећəfa Eyvazın şeiri "Kardelen" dərgisində çap olunub

29-04-2018, 16:00
548

https://a.radikal.ru/a08/1804/c5/f99acd0a8a50.jpg


 https://a.radikal.ru/a34/1804/d6/112e5453bf07.jpg


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Ећəfa Eyvazın "Məhəbbət" şeiri eiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən "Kardelen" 3 aylıq ədəbiyyat dərgisinin 96-cı sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən "Usare" və "Güzlek" dərgilərinin yeni sayları üçün də göndərilib.
"Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanı, şair-publisist Rafiq Odaydır. Koordinatoru isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru və Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzovdur.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Ећəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən "Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək" layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOЕћAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) yayın organı "Kümbet" dərgisində (Tokat şəhəri) 41. sayısında "Ehtiyac" şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: