Mehdiyev Rafiq Mahmud oğlu — Azərbaycan xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri, prezident təqaüdçüsü.
Həyatı
Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan M R Ећahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına rəssamlıq texnikumunu(1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953-1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına rəssamlıq texnikumunda müəllim ( 1962), sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.
1980-cı ildə əməkdar rəssam (18.12.1980)[1], 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. Mehdiyev Rafiq bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssam 2009-cu ildə Bakıda vəfat etmişdir.
Həmçinin bax
Ећair Tofiq Mahmudun, kinorejissor Hüseyn Mehdiyevin qardaşı, rəssam Rəşad Mehdiyevin atası, heykəltəraş İmran Mehdiyevin babasıdır.
Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]