Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 may 2018-ci il tarixində elan edilmiş

6-07-2018, 04:00
196

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 22 may 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilmişdir

Müsahibələrin 9 iyul 2018-ci il tarixində başlanılması və 19 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur

Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur. Müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ећirvan Apelyasiya Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Ећabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 09 iyul 2018-ci il tarixində başlanılması və 19 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Hesablama Palatasının Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (1 vakant vəzifəyə 19 müraciət), Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektorunun müdiri (1 vakant vəzifəyə 14 müraciət) vəzifələri üzrə müşahidə edilir.

Təqdim etdiyimiz məlumatlardan göründüyü kimi ən yüksək müsabiqə vəziyyəti Hesablama Palatası üzrə (1 vakant vəzifəyə 19 müraciət) müşahidə edilib.

22 may 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Mənbə: http://www.tqdk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: