Hörmətli, kütləvi informasiya vasitələri nümayəndələri!

31-07-2018, 11:30
235

https://d.radikal.ru/d10/1806/a5/4fb8ac59be54.jpg


Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Ећurasının sədri Məleykə Abbaszadə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi prosesinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirib

Mətbuat konfransında M.Abbaszadə bu il ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, qəbul imtahanları və s. məsələlərlə əlaqədar bir sıra statistik rəqəmlər açıqlayıb. Orada da qeyd olundu ki, bu göstəricilərin konkret hansı sahə ilə bağlı olduğunu dəqiqləşdirin, təhriflərə yol verməyin. Çox təəssüf ki, yenə də bəzi informasiya agentliklərinin mətbuat konfransından birbaşa yazdıqları xəbərlərdə müəyyən təhriflər var. Mətbuat konfransı ilə bağlı sizə göndərilən press-relizdə də statistik göstəricilər qeyd olunub. Hətta daha sonra müvafiq düzəlişlərin edilməsi üçün yenidən sizlərin elektron poçt ünvanlarına xəbərdarlıq məktubu göndərilmişdir.

Aşağıdakı məlumatları bir daha diqqətinizə çatdırırıq və xahiş edirik ki, məsul şəxslər xəbər agentliklərinə istinadən yazdıqları məlumatlara bir daha nəzər salsınlar və onu yeniləsinlər.

"91498" ixtisas seçimi edən abituriyentlərin deyil, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayıdır. Bura həm I, II, II, IV, həm V, həm də tam orta təhsil bazasında elektron ərizə təsdiq etmiş abituriyentlərin sayı daxildir. 74438 isə I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin sayıdır. Bundan əlavə konfransda qəbul aparılan ixtisasların sayı haqqında məlumat verilməyib. Siz bu siyahı ilə "Abituriyent" jurnalının 4-cü sayında tanış ola bilərsiniz.

Mətbuat konfransında ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanları tələb edən ixtisaslarına qəbul olmaq üçün xüsusi qabiliyyət imtahanlarına qeydiyyatdan keçən abituriyentlərin sayı haqqında da məlumtlar verilib. Bu məlumatları bir daha təqdim edirik və bildiririk ki, 14015 abituriyent sayı deyil, abituriyentlər tərəfindən seçilmiş komissiyaların sayıdır. Qaydalara görə abituriyentlər bir neçə komissiyanı seçə bilərlər. Yəni 8277 abituriyent 14015 komissiya üzrə qeydiyyatdan keçib.

Təhsil səviyyəsi Qeydiyyatdan keçən
abituriyentlərin sayı Abituriyentlər tərəfindən seçilmiş
komissiyaların sayı
Bakalavriat və orta ixtisas
(tam orta təhsil bazası) 8277 14015
O cümlədən,
Bakalavriat - 10658
orta ixtisas (tam orta təhsil bazası)- 3357
Orta ixtisas (ümumi orta təhsil bazası) 2378 3086
Cəmi 10655 17101
Xahiş edirik yuxarıda qeyd olunan məqamları nəzərə alasınız və verilən məlumatlarda, xüsusən cəlbedici xəbər başlıqlarında müvafiq düzəlişləri edəsiniz.

Mənbə: http://www.tdqk.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: