"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

31-07-2018, 17:00
249

http://s04.radikal.ru/i177/1610/c8/5183df40ef81.png


Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, в„– 9, maddə 598; 2004, в„– 2, maddə 71, в„– 12, maddələr 994, 1005; 2005, в„– 10, maddə 910; 2008, в„– 11, maddə 970; 2009, в„– 7, maddə 521, в„– 12, maddə 983; 2011, в„– 2, maddə 85; 2015, в„– 2, maddə 130, в„– 9, maddə 980; 2016, в„– 10, maddə 1630; 2017, в„– 3, maddələr 353, 355; 2018, в„– 4, maddə 689) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 10.70-1-ci bənddə "Yaşıllıqların uçotu, kadastrı və monitorinqi" sözləri "mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən təqdim edilən yaşıllıqların uçotu və monitorinqi" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.70-2 və 10.70-3-cü bəndlər əlavə edilsin:

"10.70-2. yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar əsasında yaşıllıqların kadastrını aparır, yaşıllıqların müfəssəl siyahısını tərtib edir;

10.70-3. yaşıllıqların salınması üçün faydalı bitki cinsi və növlərini yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edir;".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2018-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: