Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Ећavkat Mirziyoyevə

1-09-2018, 01:00
164

https://a.radikal.ru/a42/1808/88/c8b4680ba377.jpg


Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Ећavkat Mirziyoyevə

Hörmətli Ећavkat Miromonoviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyərək, dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər qazanır. Özbəkistanın beynəlxalq aləmdə nüfuzu daim artır.

Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi və daha da dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Ећavkat Miromonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: