Müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

1-09-2018, 17:00
225

 https://c.radikal.ru/c39/1809/65/97df65336df3.jpg


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə fəaliyyət müddəti başa çatan hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi qeyd edilib, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələrimiz arasında hərbi əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və ona gələcək xidmətlərində uğurlar arzulayıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən hərbi attaşe briqada generalı Z.Ocak ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Mənbə: http://www.mod.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: