Qax rayonunun kəndlərində yeni məktəb binaları tikilir

4-09-2018, 08:00
246

https://c.radikal.ru/c24/1809/01/c3fa211488a0.jpg


Qax rayonunun Tasmalı kəndində tam orta məktəb üçün 240 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən ikimərtəbəli yeni məktəb binasının 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Ећöbəsindən məlumat verilib.

Qurumdan onu da bildiriblər ki, nazirlik tərəfindən rayonun Fısdıqlı və Aşağı Malax kəndlərində ümumi orta məktəblər üçün hər biri 80 şagird yerlik modul tipli binaların quraşdırılmasına da başlanılıb. Yaxın vaxtlarda Çinarlı kənd ümumi orta məktəbi üçün də modul tipli binanın quraşdırılmasına başlanılacaq. Hər üç məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, rayonun daha 4 kəndində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli binalarda tikinti-quraşdırma işləri artıq yekunlaşıb və hazırda son tamamlama işləri görülür.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: