Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı

14-09-2018, 15:00
358

https://b.radikal.ru/b05/1805/88/9913dd23c578.jpg


2018-ci il sentyabr ayının 1-dən ölkə vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün aidiyyətı dövlət qurumlarının elektron məlumat bazası bir-birinə inteqrasiya olunub. Lakin bəzi kütləvi informasiya vasitələrində sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın baş verməsi və Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) yaranmış nöqsanlardan biri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron sistemə tam inteqrasiya olmaması göstərilmişdir.

Kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sistemi ilə Daxili İşlər Nazirliyinin elektron bazası arasında inteqrasiyanın həyata keçirilməsi üçün müvafiq servislər hazırlanmış və inteqrasiya edilərək testlər aparılmışdır. Vətəndaşların hərbi vəzifəli olub olmaması barədə məlumatların ötürülməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir çatışmamazlıq aşkar edilməmişdir.

Mənbə: http://www.seferberlik.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: