İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

14-09-2018, 15:30
257

 https://c.radikal.ru/c24/1808/9b/6c1346300141.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Mənbə: http://www.eco.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: