"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında"

15-09-2018, 01:30
129

http://s04.radikal.ru/i177/1610/c8/5183df40ef81.png


"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, в„– 8 (III kitab), maddə 610; 2001, в„– 10, maddə 646; 2002, в„– 5, maddələr 273, 279, в„– 7, maddə 413, в„– 8, maddə 478, в„– 9, maddə 563; 2003, в„– 8, maddə 434; 2004, в„– 1, maddə 19, в„– 5, maddə 345; 2005, в„– 1, maddə 18, в„– 4, maddə 299, в„– 9, maddə 799, в„– 12, maddə 1101; 2006, в„– 8, maddə 676, в„– 11, maddə 935; 2007, в„– 1, maddə 10, в„– 3, maddə 223, в„– 9, maddə 865, в„– 12, maddə 1247; 2008, в„– 1, maddələr 7, 10; 2009, в„– 7, maddələr 531, 534; 2010, в„– 7, maddə 615; 2011, в„– 11, maddə 999; 2013, в„– 5, maddə 509, в„– 6, maddə 649, в„– 8, maddə 900; 2014, в„– 4, maddə 348, в„– 6, maddə 625; 2015, в„– 12, maddələr 1450, 1461; 2016, в„– 4, maddələr 667, 669, в„– 10, maddə 1644; 2017, в„– 3, maddə 353, в„– 5, maddə 814, в„– 7, maddə 1321; 2018, в„– 3, maddə 444, в„– 4, maddə 680, в„– 6, maddə 1219; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 261 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü-dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 507.6-cı maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti;

həmin Məcəllənin 507.6-cı maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;".

2. Beşinci–onuncu abzaslar, müvafiq olaraq, səkkizinci–on üçüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci–yeddinci abzaslar əlavə edilsin:

"həmin Məcəllənin 156-1.1-ci maddəsinin ikinci cümləsində, 193.5, 195.1.2, 467-3.0.5 və 467-10.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti;

həmin Məcəllənin 52.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 215.2, 215.6.1, 215.6.2, 215.7.1 və 215.7.4-cü maddələrində, 318.3-cü maddəsinin ikinci cümləsində, 391.10.2, 406.3.2, 419.15.2 və 427.11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti;

həmin Məcəllənin 156-1.2-ci maddəsində, 163.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;".

3. On üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

"həmin Məcəllənin 467-8.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2018-ci il.


Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: