İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan Ећəhidlər xiyabanını ziyarət ediblər

16-09-2018, 04:00
318

  https://b.radikal.ru/b15/1809/ec/8df7c87839b1.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ећəhidlər xiyabanını ziyarət ediblər.

Burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklillər qoydular.

Dövlət başçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdilər.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Ећəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: