Son dəqiqə:

Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər

16-09-2018, 06:00
283

    https://b.radikal.ru/b06/1809/d4/16e5b629a2ab.jpg


Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısına gəldilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə görüşdülər, onlarla xatirə şəkilləri çəkdirdilər.

Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş Bakı sakinləri və şəhərimizin qonaqları Prezident İlham Əliyevi və Prezident Rəcəb Tayyib Ərdoğanı böyük coşqu ilə qarşıladılar. Onlar Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirdilər.

Dövlət başçıları paytaxt sakinləri ilə xatirə şəkilləri çəkdirdilər.

Daha sonra Azərbaycan və Türkiyə prezidentləri Bakı bulvarını gəzdilər.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: