Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

31-01-2019, 11:30
168

 https://c.radikal.ru/c13/1901/b6/c78f14e39520.jpg
c

"British Council" təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Ећimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub.

"Bacarıqların inkişafı" mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə "British Council" təşkilatı arasında bağlanılmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Təlim səfərinin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Təlim səfəri çərçivəsində peşə təhsili, milli kvalifikasiyalar sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, büdcədənkənar maliyyə mənbələrinin müəyyən edilməsi və idarəolunması, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.

Mənbə: http://www.edu.gov.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: